Xəbərlər - Esdescon

Finlandiya
2008-2013. 3 müxtəlif səfər, təxliyyə zamanı insan axınının idarə olunması üzrə tədqiqat, vertikal insan axınının düzgün təşkilində liftlərin düzgün planlaşdırılmasının rolu.

Almaniya
2015- 2018. 3 müxtəlif səfər, inşaat sahələrinə səfərlər, müxtəlif istehsal müəssisələrinə səfərlər, Maurer zavoduna səfər.

ABŞ-ın Kaliforniya ştatının Pasadena şəhəri (BUSINESS WIRE)
ABŞ-ın Kaliforniya ştatının Pasadena şəhəri (BUSINESS WIRE)

Seattle Uşaq Xəstəxanası, OasisPlus texnologiyasını tətbiq edən ABŞ-ın İlk Özəl Səhiyyə Müəssisəsinə çevrilir. Sistem zəlzələyə qarşı erkən xəbərdarlıqdan sonra “Sonra nə etməli” məlumatı və ya hesabatı ilə təmin edir.

Zəlzələlərin və onların insanlara, biznesə və infrastrukturlara təsirlərinin monitorinqi üçün həllərin inkişaf etdirilməsi və tətbiq sahəsində lider olan Kinemetrics, Inc şirkəti Seattle Uşaq Xəstəxanasının real vaxt alətlərini və zəlzələdən əvvəl və sonra lazım olan məlumatları təmin etmək üçün Kinemetrics-in “OasisPlus” adlı texnologiya platformasını tətbiq edən ilk özəl səhiyyə müəssisəsi olduğunu elan etmişdir. Ortaq tərəfdaş olan Reid Middleton-nun üstün seysmik qiymətləndirmələri ilə inteqrə olunan OasisPlus texnologiyası, böhran vəziyyətlərdə reaksiya planları ilə real vaxt rejimində məlumatlarının emalını birləşdirir.

OasisPlus - zəlzələdən əvvəl reaksiya qruplarını və sakinləri daha effektiv şəkildə hazırlamaq, eləcə də seysmik hadisədən sonra davam edən kritik əməliyyatları dərhal təmin etmək üçün lazımsız təxliyyənin və iş prosesində kəsintilərin qarşısını almaq üçün mühüm texniki imkanları təmin edən texnologiya platformasıdır. Zəlzələ zamanı seysmik titrəyişlər və ya təkanlar dayandıqdan sonra bildirilən real vaxt məlumatları ilə əks olunan daha yaxşı məlumatlı qərar qəbuletmə hansı ki, əməliyyatların davamlılığını və əlaqəli və effektiv reaksiya göstərilməsini təmin edə bilər. OasisPlus, bütün bunları nəzərdə alaraq yəni, sahədə yerləşən qərar qəbuledən məsul şəxsləri, eləcə də sahədən kənarda olan konstruktorları və rəhbər şəxsləri cari vəziyyət barədə unikal məlumatlandırma imkanları ilə təmin etmək məqsədilə işlənib hazırlanmışdır. İstehlakçıya yönəlik zəlzələ barədə erkən xəbərdarlıqla birləşdirilən OasisPlus, zəlzələnin təsirlərini azaltmaq üçün effektiv bir kombinasiya təklif edir.

Kinemetrics-in Prezidenti və Baş İcraçı Direktoru Ogie Kuraica: “Heç də baş verən zəlzələlərin hamısı həddindən artıq reaksiya göstərilməsini və ya tam təxliyyəni tələb etmədiyini, bir çox hallarda isə pasientləri, xüsusi ilə intensiv terapiya şöbələrində müalicə alan pasientləri nəzarət altında saxlaya bilmə bacarığının daha yaxşı nəticələr əldə etməyə imkan verdiyini bildirib. OasisPlus, xəstəxana və səhiyyə müəssisələrinə böhran və fövqəladə vəziyyətlərə hazırlıq və təbii fəalkət sonrası bərpa tədbirlərinin növbəti səviyyəyə çıxarılmasını təmin edən, eləcə də real vaxt rejimində ağıllı və məqsədyönlü qərarları qəbul etməyə imkan verən, habelə bina sakinləri və çevik reaksiya qrupları titrəyişlərdən / təkanlardan dərhal sonra lazım olan məlumatlarla təmin edən qabaqcıl, sınaqdan keçirilmiş həllər təqdim edir”.

Seattle Uşaq Xəstəxanası uşaq sağlamlığı və rifahı sahəsində, o cümlədən xərçəng xəstəliyinə qarşı profilaktik fərdi müayinə, intensiv terapiya, kardio-reanimasiya, tibbi / cərrahi bloklar, yeni doğulmuş körpələr üçün reanimasiya şöbəsi, psixiatriya və davranış pozuntuları şöbəsi və özünün əsas korpusuna aid olan reabilitasiya müəssisələri ilə qabaqcıl və yenilikçi bir lider sayılır və regional zəlzələ sonrası bərpa sahəsində olduqca mühüm rol oynayır.

OasisPlus-un tətbiqi, Seattle Uşaq Xəstəxanasının hər bir uşağın mümkün qədər sağlam və daha tam dolğun həyat yaşamasına kömək etmək üçün onları ümid, qayğı və müalicə imkanları ilə əhatə etmək missiyasını yerinə yetirə biləcəyi digər bir yoldur. OasisPlus texnoloji həllinin ABŞ-ın qərb sahillərində yerləşən xəstəxanalara tətbiqi, ABŞ-ın Geoloji Müşahidə (USGS ShakeAlert) Mərkəzi seysmik təkanlar barədə erkən xəbərdarlıq sisteminin xidmət (və ya əhatə edəcəyi sahələrə) sahələrinə məntiqi bir genişlənmədir. Zəlzələ zamanı və sonrası nə etmək lazım olduğunu bilirsinizmi? OasisPlus, təsirə məruz qalmış tikililərin (strukturların) daxilindəki cavablara olan ehtiyacı qarşılayır. OasisPlus, bütün dünyada kommunal xidmətlər, nəqliyyat sistemləri və təhsil müəssisələri də daxil olmaqla, mühüm əhəmiyyət kəsb edən təşkilatlara dəstək olmaq üçün nəzərdə tutulur. “OasisPlus” texnologiyasının tətbiq edildiyi infrastrukturlara, xüsusilə də dünyanın ən hündür binalarından sayılan Bürc-Xəlifə və Dubai Dünya Ticarət Mərkəzi aid edilə bilər.

Kinemetrics-in OasisPlus həlli dörd əsas komponentdən ibarətdir:

• Qabaqcıl Sensor Texnologiyası - Seysmik titrəyişlər və təkanlar baş verdiyi zaman başlıca məlumatları əldə edən strukturda yerləşdirilən texnologiyadır.
• Fəaliyyət səviyyəsinə əsaslanan mühəndislik təhlilləri – məlumatlandırmanın baza səviyyələrinə optimal məhsuldarlıq qiymətlərini təmin etmək üçün beynəlxalq səviyyəli standartlara, o cümlədən ASCE 41 standartına əsaslanan təhlillərdir. Bu, ölçmə məlumatlarının xüsusi yerlərdə zərərin müəyyən səviyyələrinin olma ehtimalı kimi praktiki məlumatlara çevrilməsinə imkan verir və zəlzələdən sonra harada axtarış tədbirləri keçirilməli və ya harada təftiş aparılmalı olduğunu müəyyən etmək üçün cavab tədbirlərinin görülməsi üçün əsası təmin edir.
• İdarəetmə konsolu - OasisPlus-un iki tərəfli məlumat qovşağı kimi xidmət edir və qərar qəbuletmə və reaksiya tədbirlərinin koordinasiya üçün cari vəziyyət barədə yüksək səviyyəli məlumatlandırmanı təmin edir. İdarəetmə konsoluna - sensorlar tərəfindən real vaxt rejimində xəbərdarlıq, binanın müxtəlif hissələrində gözlənilən təsirlərə qarşı xəbərdarlıq səviyyələri, sakinlərin yoxlanılması, zədələnmələr və təhlükə hesabatları, təhlükəsizlik yoxlamaları və tikinti təhlükəsizliyi nişanlamaları daxildir. Ətraflı TƏHLÜKƏSİZLİK Hesabatı avtomatik olaraq alıcıların təyin edilmiş siyahılarına göndərilir (liderlik, reaksiya qrupu, struktur mühəndisliyi şirkəti və s.) və reaksiya tədbirlərini daha yaxşı əlaqələndirmək üçün təlimatlar mobil applikasiya istifadəçilərinə göndərilə bilər. İdarəetmə konsolu həmçinin tədbir sonrası fəaliyyətin nəzərdən keçirilməsi və sığorta ehtiyacları üçün tədbir zamanı həyata keçiriləcək tədbirlər haqqında təfsilatlı məlumatları da təqdim edir.
• iOS və Android üçün mobil applikasiyaları – baş vermiş son zəlzələ faktları, reaksiya məlumatları və binaların təxliyyə çıxışları barədə məlumatlar da daxil olmaqla, sakinlərə və reaksiya qruplarına lazım olan funksiyaları təmin edir. Sakinlər, real vaxt rejimində yerdəyişmə və yoxlama qeydiyyatı, zədələnmələr və ya təhlükəli vəziyyətlər haqqında məlumatları bildirə və yüksək təhlükəsizlik üçün əlaqə yaradılmasını asanlaşdıran proqramlar vasitəsi ilə təlimat ala bilərlər. Reaksiya qrupları, cavab koordinasiyasını və vaxtı yaxşılaşdırmaq üçün idarəetmə konsolunda dərhal görünən proqram vasitəsi ilə təhlükəsizlik qaydalarını nəzərdən keçirə və yerinə yetirə bilər.
Zəlzələdən əvvəl və zəlzələdən sonrakı istifadə üçün “OasisPlus” texnologiyası administratorlara böhran vəziyyətlərinə dair prosedurları hazırlamaq və sınaqdan keçirmək üçün planlaşdırma imkanları verir və sistem, praktika üçün tədbir sonrası hesabatı təmin edir.

OasisPlus platforması, zəlzələdən sonrakı böhran vəziyyətlərə dair prosedurların effektivliyini qiymətləndirmək üçün baş verənlərə dair ətraflı hesabatı və təşkilatlara və yerli bələdiyyələrə sürətin bərpasına kömək etmək üçün təhlükəsizlik yoxlanışlarının nəticələrinə dair müfəssəl siyahını, Xəstəxanalarda Fövqəladə Hallar Zamanı İnsident İdarəetmə Sisteminin (HICS) cavab tədbirlərinə dair hesabatını və ATC-20 binaların təftişi və nişanlanması kimi zəruri məlumatları təqdim edir.

“OasisPlus” texnologiyası haqqında daha ətraflı məlumat əldə etmək üçün oasisplus.kmi.com veb saytına daxil olmanız və ya Kinemetrics-in Açıq Sistemlər və Xidmətlər Bölməsinin e-poçt ünvanına sales@kmi.com məktub yazmanız və ya 626-795-2220 nömrəsinə zəng etməniz xahiş olunur.

Kinemetrics, Inc şirkəti haqqında

Baş ofisi ABŞ-ın Kaliforniya ştatının Pasadena şəhərində yerləşən Kinemetrics Inc, şirkəti zəlzələlərin izlənilməsi və zəlzələlərin insanlara və tikililərə təsirlərininin monitorinqi üçün nəzərədə tutulan məhsullar, texnologiyalar və həllər sahəsində qlobal liderdir. 1969-cu ildə təsis edilən və hazırda 50 illik yubileyini qeyd edən şirkət, kompleks xidmətlər və həllər təklif etməklə insan həyatını, əsas aktivləri və mühüm əhəmiyyət kəsb edən infrastruktur investisiyalarını qoruyan biznes faəliyyətinin və əməliyyatların davamlılığını təmin edən qabaqcıl seysmik şəbəkələrə və tikililərin monitorinqi sistemlərinə malikdir. Kinemetrics texnologiyası, dünyanın ən hündür binalarından sayılan Bürc-Xəlifədə qabaqcıl həllər, zəlzələyə qarşı erkən xəbərdarlıq sisteminin əsasını gücləndirən seysmik cihazlar və Marsda planetar zəlzələləri “InSight lander” qeydə alan platforma üzərində qurulmuş sistemlər tətbiq etməklə alimlərə və tədqiqatçılara planetimizi və digər məqamları daha dərindən anlamağa köməklik edir.

Kinemetrics şirkəti haqqında daha ətraflı məlumat üçün www.kinemetrics.com saytına daxil ola bilərsiniz.

Küveyt
2024-cü ilin mart ayı, Küveytə səfər, müxtəlif bina və körpü layihələrinə dair araşdırmalar, rəsmi görüşlər və təcrübə mübadiləsi

BƏƏ Dubay
2023-cü ilin 1-2 noyabr tarixlərində Dubay Biznes Forumunda iştirak.

AZMİU Seminar
ESDESCON MMC olaraq 4 May 2023-cü il tarixində Almaniyanın 147 yaşlı MAURER şirkətinin Münhendəki baş ofisindən gəlmiş nümayəndəmiz Paul bəy Semraunun iştirakı ilə növbəti dəfə Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirdiyimiz seminardan görüntülər.

FHN
2023-ci il mayın 3-də "Esdescon" MMC-nin iştirakı ilə FHN TTNDA Təsisdənkənar Dövlət Ekspertiza baş idarəsində “bina və qurğuların sesymik dayanıqlığına və seysmik monitorinqinə dair həllər” mövzusuna həsr edilmiş növbəti maraqlı elmi-praktiki seminar keçirilmişdir.

AERS 2023 Seysmik Dayanıqlı Müasir Qurğular
ESDESCON MMC olaraq 26 aprel 2023-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə baş tutan “AERS 2023 – Seysmik Dayanıqlı Müasir Qurğular” mövzusundakı 3 günlük konfransda öz yerimizi aldıq.
ESDESCON MMC olaraq Azərbaycanda uzun müddətdir ki, zəlzələyə qarşı qoruma və monitorinq sistemlərinin təmin edilməsi ilə bağlı fəaliyyət göstəririk. Bu məsələlərə marağın artması və AERS 2023 kimi nüfuzlu tədbirlərin keçirilməsi bizi sevindirir.
Tədbirdə ABŞ, Yaponiya, İtaliya, Kanada, Cənubi Koreya və dünyanın digər bir sıra fərqli universitetlərindən mütəxəssislərlə yanaşı yerli mütəxəssislər və rəhbər şəxslər də iştirak etmişdir.

Türkiyə İzmir
2022-ci ilin 17-19 noyabr tarixlərində MAURER-in Türkiyənin İzmir şəhərindəki zavoduna və ofisinə səfər, istehsal prosesi ilə tanışlıq.

Hindistan
2022-ci ilin 12-17 noyabr tarixlərində MAURER-in Hindistandakı zavoduna və ofisinə səfər, istehsal prosesi ilə tanışlıq.