Ağdam-Hindarx photo esdescon

Ağdam-Hindarx

ESDESCON MMC olaraq Almaniyanın MAURER şirkətinin genəldici bənd və dayaqlarını ölkəmizdəki layihələr üçün təmin edirik. Bu layihələrdən biri də Qarabağın inkişaf planına daxil olan layihələrdən biri, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu layihəsidir.
Bu yolun baş podratçısı olan KÖRPÜ BİNA TİKİNTİ MMC-yə MAURER genəldici bəndi (deformasiya tikişi) və MAURER elastomer dayaqları tədarük edirik.
Bu avtomobil yolu layihəsi 45 km uzunluğa sahibdir, layihədə 3 ədəd körpü mövcuddur (Kanal üzərində körpü, Qar-Qar çay üzərində körpü və Qarabağ kanalı üzərində körpü). Avtomobil yolu 2-ci texniki dərəcəyə əsasən inşa edilir.
Şirkətimiz adına Qarabağ İnkişaf Planının bir parçası olmaq bizim üçün də qürur vericidir.