Finlandiya
2008-2013. 3 müxtəlif səfər, təxliyyə zamanı insan axınının idarə olunması üzrə tədqiqat, vertikal insan axınının düzgün təşkilində liftlərin düzgün planlaşdırılmasının rolu.
Finlandiya
2008-2013. 3 müxtəlif səfər, təxliyyə zamanı insan axınının idarə olunması üzrə tədqiqat, vertikal insan axınının düzgün təşkilində liftlərin düzgün planlaşdırılmasının rolu.
Almaniya
2015- 2018. 3 müxtəlif səfər, inşaat sahələrinə səfərlər, müxtəlif istehsal müəssisələrinə səfərlər, Maurer zavoduna səfər.
ABŞ-ın Kaliforniya ştatının Pasadena şəhəri (BUSINESS WIRE)
Seattle Uşaq Xəstəxanası, OasisPlus texnologiyasını tətbiq edən ABŞ-ın İlk Özəl Səhiyyə Müəssisəsinə çevrilir. Sistem zəlzələyə qarşı erkən xəbərdarlıqdan sonra “Sonra nə etməli” məlumatı və ya hesabatı ilə təmin edir.
Küveyt
2024-cü ilin mart ayı, Küveytə səfər, müxtəlif bina və körpü layihələrinə dair araşdırmalar, rəsmi görüşlər və təcrübə mübadiləsi
BƏƏ Dubay
2023-cü ilin 1-2 noyabr tarixlərində Dubay Biznes Forumunda iştirak.
AZMİU Seminar
ESDESCON MMC olaraq 4 May 2023-cü il tarixində Almaniyanın 147 yaşlı MAURER şirkətinin Münhendəki baş ofisindən gəlmiş nümayəndəmiz Paul bəy Semraunun iştirakı ilə növbəti dəfə Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirdiyimiz seminardan görüntülər.
FHN
2023-ci il mayın 3-də "Esdescon" MMC-nin iştirakı ilə FHN TTNDA Təsisdənkənar Dövlət Ekspertiza baş idarəsində “bina və qurğuların sesymik dayanıqlığına və seysmik monitorinqinə dair həllər” mövzusuna həsr edilmiş növbəti maraqlı elmi-praktiki seminar keçirilmişdir.
AERS 2023 Seysmik Dayanıqlı Müasir Qurğular
ESDESCON MMC olaraq 26 aprel 2023-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə baş tutan “AERS 2023 – Seysmik Dayanıqlı Müasir Qurğular” mövzusundakı 3 günlük konfransda öz yerimizi aldıq. ESDESCON MMC olaraq Azərbaycanda uzun müddətdir ki, zəlzələyə qarşı qoruma və monitorinq sistemlərinin təmin edilməsi ilə bağlı fəaliyyət göstəririk. Bu məsələlərə marağın artması və AERS 2023 kimi nüfuzlu tədbirlərin keçirilməsi bizi sevindirir. Tədbirdə ABŞ, Yaponiya, İtaliya, Kanada, Cənubi Koreya və dünyanın digər bir sıra fərqli universitetlərindən mütəxəssislərlə yanaşı yerli mütəxəssislər və rəhbər şəxslər də iştirak etmişdir.
Türkiyə İzmir
2022-ci ilin 17-19 noyabr tarixlərində MAURER-in Türkiyənin İzmir şəhərindəki zavoduna və ofisinə səfər, istehsal prosesi ilə tanışlıq.
Hindistan
2022-ci ilin 12-17 noyabr tarixlərində MAURER-in Hindistandakı zavoduna və ofisinə səfər, istehsal prosesi ilə tanışlıq.
Şuşa
2022-ci ilin oktyabr ayının 25-də AHK təşkilatının nümayəndələri ilə birlikdə Qarabağa səfər, Şuşa və Fizuli şəhərlərində müxtəlif biznes görüşlərində iştirak, Qarabağda icrası bitmiş və davam edən müxtəlif bina və körpü layihələrinə baxış (o cümlədən ESDESCON MMC olaraq iştirakçısı olduğumuz yol layihələrinə baxış).
Almaniya NOE Ştutqart
2022-ci ilin iyun ayında Almaniyanın NOE şirkətinin Ştutqart şəhərindəki zavoduna və ofisinə səfər, istehsal prosesi ilə tanışlıq.
Almaniya MAURER Münhen
2022-ci ilin iyun ayında Almaniyanın MAURER şirkətinin Münhen şəhərindəki zavoduna və ofisinə səfər, istehsal prosesi ilə tanışlıq.
Bəhreyn
2019-cu ilin may ayı, Bəhreynə səfər, müxtəlif bina və körpü layihələrinə dair tədqiqatlar, araşdırmalar, təcrübə mübadiləsi
AMİU
2018-ci il noyabrın 17-də "Esdescon" MMC-nin iştirakı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və müəllim heyəti üçün “bina və qurğuların sesymik dayanıqlığına və seysmik monitorinqinə dair həllər” mövzusuna həsr edilmiş maraqlı elmi-praktiki seminar keçirilmişdir.
FHN
2018-ci il noyabrın 17-də "Esdescon" MMC-nin iştirakı ilə FHN TTNDA Təsisdənkənar Dövlət Ekspertiza baş idarəsində “bina və qurğuların sesymik dayanıqlığına və seysmik monitorinqinə dair həllər” mövzusuna həsr edilmiş növbəti maraqlı elmi-praktiki seminar keçirilmişdir.
Baku Tower TMD Montajı
Azərbaycanın ən hündür binası olan "Baku Tower" layihəsində Maurer istehsalı olan 400 tonluq sazlanmış kütlə damperinin montajı uğurla tamamlandı.
Baku Tower Layihəsində İnərsiyalı Kütlə Damperinə Baxış
2018-ci ilin sentyabr ayında Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, həmçinin hündür mərtəbəli binalarla məşğul olan memar və konstruktorlar Baku Tower layihəsində quraşdırılmış inersiyalı kütlə damperinə baxış keçirdilər.
İyun Park Inn Otelində Azərbaycan, Almaniya və ABŞ Şirkətlərinin Təqdimatı
İyunun 28-də saat 09:00-dan 13:00-dək "Park İnn" otelinin "Nəsimi" zalında Azərbaycanın Esdescon MMC, Almaniyanın Maurer və ABŞ-ın Kinemetrics şirkətləri öz xidmətlərinin və məhsullarının təqdimatını etdilər.
Avstraliya
2017-ci ilin oktyabr ayı, CTBUH təşkilatının 1 həftəlik konfransında iştirak, konfrans Avstraliyanın hündür binalarla bol olan Sidney, Melbrun və Brizbeyn şəhərlərində keçirildi.
Çin
2016-cı ilin oktyabr ayı, CTBUH təşkilatının 1 həftəlik konfransında iştirak, konfrans Çinin hündür binalarla bol olan Şenjen, Quancou və Honk Konq şəhərlərində keçirildi.
Qətər
2016-cı ilin iyul ayı, Qətərə səfər, müxtəlif bina və infrastruktur layihələrinə dair tədqiqatlar, araşdırmalar, təcrübə mübadiləsi
Yaponiya
2016-cı ilin iyulayı, Tokyo şəhərində CTBUH təşkilatının 3 günlük konfransında iştirak.
BƏƏ Dubay
2016-cı ilin aprel-may ayı, Dubaya səfər, müxtəlif bina və infrastruktur layihələrinə dair tədqiqatlar, araşdırmalar, təcrübə mübadiləsi
ABŞ
2017-ci ilin dekabr ayı, seysmik izolyasiya və vibrasiyaya nəzarət məsələlərini müzakirə etmək üçün müxtəlif hündür binalara səfər etmək.