Shindo

Shindo photo
ESDESCON MMC Cənubi Koreyanın SHİNDO şirkətinin Azərbaycandakı rəsmi və eksklüzivnümayəndəsidir.

SHİNDO şirkəti yol təhlükəsizliyi ilə bağlı məhsulların dizayn və istehsalında ixtisaslaşıb. İlk fəaliyyətinə 1987-ci ildə başlayıb. Bu gün dünyanın 4 bir tərəfinə məhsul ixrac etməkdədir.

Yol təhlükəsizliyi dedikdə SHİNDO, məhsullarını həm avtomobil nəqliyyatını, həm də piyadaları əsas alaraq dizayn etməkdədir. Misal olaraq, Rolling Barrier adını verdiyi məhsula nəzər salaq. SHİNDO-nun bu məhsul ilə hədəflədiyi məqsəd kəskin sürətdə idarəetməni itirən avtomobillərin yol qırağı bariyerlərə dəyməsi zamanı ortaya çıxan qüvvəni maksimum söndürməkdir. Aşağıda məhsulun şəklinə baxdıqda işləyiş prinsipi sizə daha aydın olacaq. Yüksək keyfiyyətli və dayanıqlı məhsuldan istehsal edilən diyircəklər (roller) avtomobil yüksək sürətlə gəlib dəydiyi zaman yaranan təsiri maksimum udaraq həm sürücünü, həm də nəqliyyat vasitəsini qorumaqdadır.

SHİNDO-nun bu tip məhsulları riskin daha çox olduğu, coğrafi baxımdan təhlükəli ərazilərdə, kəskin döngələrdə, tunel giriş və çıxışlarında tətbiq edilir. Bundan savayı, avtomobil yolunu piyada zolağından ayıran bariyer sistemləri də istehsal olunmaqdadır.

Qısacası, SHİNDO-nun istehsal etdiyi məhsullarla əsas hədəfi avtomobil yollarında həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək, riskli ərazilərdə yaranan qəzalarda isə həm sürücünü, həm də nəqliyyat vasitəsini qorumaqdır.

SHİNDO şirkətinin bu tip bariyer sistemlərinə əlavə olaraq istehsal etdiyi məhsulların siyahısını sizlərə təqdim edirik:
- Zərbə zəiflədicilər
- Qoruyucular
- Digər yol-infrastruktur məhsulları
- Parkinq məhsulları
- Tikinti sahəsi təhlükəsizlik məhsulları

Məhsullar

Tikinti sahəsi təhlükəsizlik məhsulları photo by esdescon

Tikinti sahəsi təhlükəsizlik məhsulları
Parking məhsulları photo by esdescon

Parking məhsulları
Digər yol-infrastruktur məhsulları photo by esdescon

Digər yol-infrastruktur məhsulları
Qoruyucular photo by esdescon

Qoruyucular
Zərbə zəiflədici photo by esdescon

Zərbə zəiflədici