ESDESCON MMC olaraq Almaniyanın MAURER şirkətinin genəldici bənd və dayaqlarını ölkəmizdəki layihələr üçün təmin edirik. Bu layihələrdən biri də Qarabağın inkişaf planına daxil olan layihələrdən biri, Bərdə-Ağdam avtomobil yolu layihəsidir.
Bu yolun baş podratçısı olan KÖRPÜ BİNA TİKİNTİ MMC-yə MAURER sinusoidal genəldici bəndi (deformasiya tikişi) və MAURER elastomer dayaqları tədarük edirik.
Bu avtomobil yolu layihəsi 45 km uzunluğa sahibdir, layihədə 4 ədəd körpü mövcuddur. Avtomobil yolu 4 zolaq olmaqla 1-ci texniki dərəcəyə əsasən inşa edilir.
Şirkətimiz adına Qarabağ İnkişaf Planının bir parçası olmaq bizim üçün də qürur vericidir.