ESDESCON MMC olaraq, Almaniyanın MAURER şirkətinin genəldici bənd və dayaqlarını ölkəmizdəki layihələr üçün təmin edirik. Bu layihələrdən biri də Səlyan-Biləsuvar və İsmayıllı-Muğanlı avtomobil yolları layihəsidir.
Sözü gedən layihənin podratçılarından biri olan KÖRPÜ BİNA TİKİNTİ MMC-nin bu yolda inşa olunacaq avtomobil yolu körpüləri üçün 4 fərqli ölçüdə 700 ədəd MAURER istehsalı elastomer dayaqlar təmin etmişik. Bu layihəyə M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda yerləşən yeni avtomobil körpüsünün inşaatı da daxildir.
Şirkətimiz adına bu cür əhəmiyyətli yol layihəsinin bir parçası olmaq bizim üçün də qürur vericidir.