Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissələrindən biri olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması mərhələli şəkildə həyata keçirilir.
Çox sevinirik ki, qeyd olunan layihədə (Ələt-Osmanlı-Astara dəmir yolu layihəsi) inşa ediləcək yeni 3 ədəd avtomobil və 3 ədəd dəmir yolu körpüsünün həm elastomer dayaqlarının, həm də genəldici bəndlərinin təchizatı bizə - ESDESCON MMC-yə həvalə olundu. MAURER markasına aid bu məhsulların montajı sahədə artıq başlamışdır.
Layihə çərçivəsində fərqli ölçülərdə olmaqla 450-dən artıq MAURER istehsalı elastomer dayaq və 18 ədəd cəmi uzunluğu 251 metr olan genişlənmə dərzi təmin edildi.