ESDESCON MMC olaraq, Almaniyanın MAURER şirkətinin genəldici bənd və dayaqlarını ölkəmizdəki layihələr üçün təmin edirik. Bu layihələrdən biri də Yuxarı Şirvan kanalının yenidən qurulması layihəsidir.
Layihənin baş podratçılarından olan NORTH WEST CONSTRUCTION MMC-yə 17 ədəd körpü layihəsi üçün MAURER istehsalı olan genişlənmə dərzləri təchiz edilmişdir. Layihə çərçivəsində 17 ədəd körpü üçün 311 metr uzunluqda MAURER istehsalı D80 KB Genişlənmə Dərzi təmin edildi.
Şirkətimiz adına bu cür əhəmiyyətli yol layihəsinin bir parçası olmaq bizim üçün də qürur vericidir.