Alto Hospital photo esdescon

Alto Hospital

MAURER şirkətinin seysmik qoruma sistemlərinin tətbiq etdiyi layihələrdən biri də Çili-də reallaşan Alto Hospicio xəstəxanasıdır.
Seysmik izolyasiya üçün SİP-D model dayaqlardan istifadə olunub (Sliding İsolation Pendulum – Double). Xəstəxananın əhatə etdiyi ümumi ərazi 50,000 m2-dir, 3 ayrı binadan və 3 mərtəbədən ibarətdir.
Layihədə istifadə olunan dayaqların əsas məqsədi:
- Daxilindəki insanların təhlükəsizliyini təmin etməkdir.
- Konstruksiyanı zəlzələyə qarşı qorumaqdır.
- Zəlzələ anında xəstəxananın fəaliyyətinin davamiyyətini təmin etməkdir.
- Ənənəvi konstruksiya mühəndisliyinə nəzərən iqtisadi cəhətdən səmərəliliyi təmin etməkdir.
Layihədə istifadə olunan SİP-D model dayaqlar 3 fərqli ölçüdən ibarətdir. Bunlardan ən böyüklərinin göstəriciləri belədir, 650x650 mm, 150 mm hündürlüyə və 400 kg çəkiyə sahibdir. 3 fərqli ölçüdə cəmində 212 ədəd dayaqlardan istifadə olunub. Bu dayaqların yerinə yetirməli olduğu 4 əsas funksiya var. Bunlar:
1. Konstruksiyanı bütünlüklə təməldən izolyasiya etmək və üfüqi hərəkətliliyini təmin etməkdir ( 250 mm +-).
2. Üfüqi hərəkəti təmin etməklə yanaşı, aşırı kəskin hərəkətləri daxili sürtünmə ilə limitləməkdir.
3. Zəlzələ sonrasında konstruksiyanı əvvəlki vəziyyətinə geri gətirməkdir.
4. Şaquli olaraq 8,000 kN-ə qədər yükləri daşımaqdır.