Qardaş ölkəmiz Türkiyədə bir çox xəstəxana layihəsinin bünövrədən seysmik qoruması icra edilib. MAURER şirkətinin də Türkiyədə çox sayda icra edilmiş layihəsi mövcuddur. Sakarya-dakı şəhər xəstəxanası da bunlardan biridir.
Türkiyədə xəstəxana tikintisi zamanı (tutumu 100 çarpayıdan çox olduğu zaman) bünövrədən zəlzələyə qarşı qoruma sisteminin tətbiqi (adətən sütunlara yerləşdirilən dayaqlar-isolatorlar metodu) artıq məcburidir. Bu layihədə 6 fərqli tipdə, cəmində 831 ədəd MAURER SİP D (Sliding İsolation Pendulum) dayağı yerləşdirilib. Bu xəstəxana həmən dayaqlar sayəsində zəlzələ vaxtı bütün istiqamətlərə doğru 500 mm hərəkət qabiliyyəti əldə edib.