Ana səhifə - Layihələr - Ölkə xarici layihələr - World Trade Center Abu Dhabi
World Trade Center Abu Dhabi photo esdescon

World Trade Center Abu Dhabi

Şəkillərdə gördüyünüz World Trade Center Abu Dhabi layihəsidir. Bu layihə 276.6 metr hündürlük ilə Abu Dhabi-nin ən hündür 8-ci və BƏƏ-nin isə 52-ci binasıdır. KİNEMETRİCS bu layihə üçün müəyyən sayda sensorlar təmin edərək, seysmik monitorinq sistemini qurub.
KİNEMETRİCS şirkəti 1969-cu ildən bugünə bütün növ konstruksiyalar üçün seysmik monitorinq sistemlərinin qurulması ilə məşğuldur. Bu layihələrə, hündür binalar, strateji konstruksiyalar, su bəndlər və s. kimi konstruksiyalar daxildir.
Seysmik monitorinq sistemləri ilə konstruksiyaya müəyyən sayda sensorlar yerləşdirilir. Hansı ki bu sensorlar vasitəsi ilə baş verən ən kiçik titrəyişlər belə sistem tərəfindən qeyd edilir. Mühəndislər və ya sistemə giriş icazəsi olan şəxslər sistem vasitəsi ilə keçmişə doğru bütün datanı görə, yükləyə və analiz edə bilər. Sistem təhlükəsizlik hesabatlarını özü avtomatik hazırlayır və seçilən şəxslərə və ya qurumlara özü avtomatik göndərir.
Biz ESDESCON MMC olaraq bu işləri ABŞ-ın KİNEMETRİCS şirkətinin Azərbaycan nümayəndəsi olaraq icra edirik.