İzmit bay Bridge photo esdescon

İzmit bay Bridge

MAURER şirkəti körpü və viyadükt layihələri üçün genəldici bəndlər, dayaqlar və damperlər təmin etməkdədir. MAURER-in bu çərçivədə icra etdiyi qlobal layihələrdən biri İzmit körpüsü, əsas adı ilə Osmangazi Körpüsü layihəsidir. Bu körpü Türkiyənin Gebze və Yalova ərazilərini bir-birinə bağlayır.
Körpünün əsas və ən vacib xüsusiyyətlərindən biri dünyanın ən böyük aşırımına sahib 2-ci körpüsü olmasıdır. Digəri isə körpü 8 bal zəlzələ anında belə nəqliyyatın axışına imkan verir.
Maurer şirkəti bu körpü üçün təmin etdiyi məhsul Swivel Joist Expansion Joint with Fuse Box-dur (Siğorta qutulu Genəldici Bənd). Bu genəldici bənd sayəsində körpü +- 3.8 m hərəkət qabiliyyətinə sahibdir. Siğorta qutusunun qoyulma səbəbi isə körpünün yerləşdiyi ərazi yüksək seysmikliyə sahib olmasındandır, bu səbəbdən də körpü 8 bal zəlzələ anında belə hərəkətə icazə verir.
Körpünün ümumi uzunluğu 2.7 km-dir, hər istiqamətdə 3 hərəkət zolağından ibarətdir. Dənizdən 64 m yüksəklikdədir. Əsas aşırımının uzunluğuna görə dünyada 2-ci körpüdür (1.55 km). Körpünün inşası 2012-ci ildə başlayıb və 2017-ci ildə açılışı olub.