MAURER şirkəti körpü və viyadükt layihələri üçün genəldici bəndlər, dayaqlar və damperlər təmin etməkdədir. MAURER-in bu çərçivədə icra etdiyi qlobal layihələrdən biri Raiffeisen körpü layihəsidir.
Mövzu 1978-ci ildə inşa edilmiş Raiffeisen körpüsünün dayaqlarının dəyişdirilməsi ilə bağlıdır. Körpü gün ərzində 46 000 nəqliyyat vasitəsinə xidmət göstərməkdədir. 485 m uzunluqda, 3 aşırımlı körpüdür.
Maurer bu layihəyə təmin edilmiş POT dayaqlarını Sferik dayaqlarla əvəz etmişdir. Yerləşdirilən dayaqların bəziləri 2.4 m diametrə və 13 ton çəkiyə sahibdir. Bu dayaqların qarşıladığı yük isə 120 MN-a qədər artmaqdadır.
Maurerin təmin etdiyi 8 dayaq bütün istiqamətlərə doğru hərəkəti təmin edir. Bu dayaqlar Maurer-in patentli məhsulu olan MSM materialı (sürüşməni təmin edən xüsusi materialdır) ilə təmin edilib.