Bogibeel Bridge photo esdescon

Bogibeel Bridge

MAURER şirkəti körpü və viyadükt layihələri üçün genəldici bəndlər, dayaqlar və damperlər təmin etməkdədir. MAURER-in bu çərçivədə icra etdiyi qlobal layihələrdən biri Hindistanda yerləşən, Bogibeel körpü layihəsidir.
Bu körpünün üst mərtəbəsi avtomobil yolu, alt mərtəbəsi isə dəmiryolu xəttidir. Yerləşdiyi ərazi seysmik zona olduğundan, bu körpü 7 bal zəlzələyə qədər fəaliyyət göstərə bilir.
Maurer şirkəti, bu körpü üçün 164 ədəd sferik yastıq təchiz edib. Bu yastıqlar 2.800 t yükə davamlıdır. Körpünün ümumi uzunluğu 4.94 km-dir və 41 ədəd təkli aşırımdan ibarətdir. Bu aşırımlardan 39 ədədinin uzunluğu 125 m-i görməkdədir. Maurer şirkəti, hər bir aşırımın altına 4 ədəd MSM sferik yastıqlarından quraşdırıb. Bu yastıqlar 1200 mm X 1200 mm ölçüyə və 200 mm hündürlüyə sahibdir. Hər biri üçün struktur yük dəyəri 28 MN-dir.
Maurer şirkətinin təmin etdiyi 164 MSM tipli sferik yastığın istifadə müddəti ən az 50 ildir və bu illər ərzində heç bir texniki qulluq tələb etmir.