Ana səhifə - Xidmətlər - Armatur Muftaları

Armatur Muftaları

Armatur Muftaları photo by esdescon

ESDESCON MMC olaraq ölkəmizdə satışını etdiyimiz məhsullardan biri də Armatur Muftalarıdır (Bar Couplers). Armatur Muftaları Almaniyanın MAURER şirkətinin Hindistan zavodunda istehsal olunmaqdadır.
Bu muftalar həm tikinti prosesinin sürətlənməsini, həm də ciddi məbləğlərdə xərclərə qənaət etmə imkanını təmin edir. Ənənəvi metodlarla istifadədə armaturlar bir-birilərinin üzərinə mindirilərək bağlanır və bu qaydada proses davam edir. Armatur Muftaları ilə bu prosesi tamamilə asanlaşdırırıq. Hər iki ucu yivli olan bu muftalar armaturları üst-üstə mindirərək bağlamaq əvəzinə yivlə birlikdə özünə bağlayır. Bununla da qənaət hər bir armatur ilə başlayır (üst-üstə mindirildikdə hər iki armaturdan ziyana gedən hissə nəzərdə tutulur).
Hər bir məhsulumuz kimi Armatur muftaları da test nəticələri və keyfiyyət sənədləri ilə birgə təmin edilir.